soyuq atıcı silah

İnsan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silah

soyqırım
soyuq silah
OBASTAN VİKİ
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Soyuq Müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Soyuq silahlar
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq şorba
Soyuq şorba (polşa. Chłodnik, beloru. Халаднік) - həmçinin soyuq borş (lit. Šaltibarščiai, lat. Aukstā zupa) - Şərqi Avropa ölkələrinin milli yeməyidir: Belarusiya, Litva, Latviya, Ukrayna, Polşa. Rusiya mətbəxində bu yemək "svekolnik" də adlanır. Okroşkadan əsas tərkibində ət məhsullarının olmamasıdır. == Hazırlanması == Soyuq şorba adətən qatıqdan hazırlanır. Həmçinin qaymaq və süddən də hazırlana bilər. Bununla yanaşı turşuya qoyulmuş turp və təzə tərəvəzlərdən də istifadə edilir (doğranmış xiyar, soğan və s.).
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Soyuq verilənlər
Soyuq verilənlər (ing. cold data) — kompüter yaddaşında nadir hallarda əldə edilən verilənlər. Soyuq verilənlər tez-tez əldə edilən verilənlər olan isti verilənlərin əksidir. Müəyyən təriflər bu cür verilənləri 31 gün əvvəl əldə edilmiş verilənlər kimi təsvir etmişdir. IBM-nin meyarlarında qeyd edilmişdir ki, bu, minimum 90 gün əvvəl əldə edilmiş verilənlərə uyğun gəlir. Saxlama xərclərini optimallaşdırmaq üçün soyuq verilənlər aşağı performanslı və daha ucuz saxlama mühitində saxlanıla bilər. Məsələn, SSD-lər isti məlumatların saxlanması üçün istifadə oluna bilər, soyuq verilənlər isə sərt disklərə, optik disklərə, lentlərə köçürülə və ya bulud yaddaşına köçürülə bilər. İyerarxik yaddaş menecmenti (HSM) verilənlərin idarə edilməsi məqsədləri üçün istifadə olunur. Əsasən, "qaynar" kimi təsnif edilən məlumatlar SSD saxlama mühitlərinə ayrılır. Sonradan, verilənlərin aktivliyi zaman keçdikcə azaldıqca, onlar adi sabit disklərə (HDD) keçirlər.
Avtomat (silah)
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. == Müasir avtomat == 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Avtomatik silah
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Batareya (silah)
Batareya — bir neçə topdan, haubitsadan, raket, zenit və artilleriya qoşun növünə aid başqa qurğulardan ibarət ordu bölüyü. Batareyalar artelleriya divizionu təşkil edir.
Etnik silah
Katyuşa (silah)
Katyuşa — BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı. Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir.
Kiber-silah
Kiber-silah (ing. Cyberweapon) — informasiya texnologiyalarına əsaslanan digər sistemlərin strukturuna və əməliyyatlarına ziyan vurmaq üçün yaradılmış, informasiya texnologiyalarına əsaslanan sistem (aparat təminatı, proqram təminatı və kommunikasiya mühitindən ibarət olur)..
Kimyəvi silah
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub. == Kimyəvi silahın növləri == Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur: İnsan orqanizminə təsir xarakterinə görə; Taktiki təyinatına görə; Təsir tezliyinə görə; Dayanıqlığına görə; Tətbiq vasitələrinə görə. Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli); Ziyanverici (Psixotrop maddələr və İrritantlar). Təsir sürətinə görə kimyəvi silahlar: Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr); Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır. Təsir müddətinə görə kimyəvi silahlar: Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər). Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər. == İnsanlara təsiri == İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.
Ox (silah)
Ox — Yay vasitəsi ilə atılan ucu sivri və ya ucuna dəmir metal bərkidilmiş silah növü. Ox qədim zamanlardan bəri heyvanların ovlanmasında istifadə edilmişdir. İbtidai-icma quruluşunun Mezolit dövründə ixtira edilən ox və kaman insanların heyvanları ovlamaq üsullarını xeyli sadələşdirmişdir. Orta əsrlərdə oxdan daha çox müharibələrdə istifadə olunurdu. Döyüşdən əvvəl oxçu dəstələrin hər biri qarşı tərəfə 2 və ya 3 ox atırdılar.
PK (silah)
PK (rus. Пулемёт Калашникова). Mixail Kalaşnikovun 1960-cı ildə konstruksiya etdiyi pulemyot.
Qrad (silah)
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. == Ümumi xarakteriskası == Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Smerç (silah)
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. == Xüsusiyyətləri == Maksimum atış məsafəsi: 90–124 km Maksimum məsafə: 850 km Lülə sayı: 12 Yenidən doldurulma: 16-20 dəqiqə Yer dəyişmə: 3 dəqiqə Salvo atış müddəti: 38 saniyə Əsas silahı: 9M55 və ya 9M528 raketi Motoru: V-12 dizel mühərriki Gücü: 525 at gücü İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv yaylım atəş sistemi İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə Lülə diametri (Kalibr): 300 mm Yerdəyişmə vaxtı: 3 dəqiqə Qalxma bucağı: 0º... +55º Üfüqi tuşlama bucağı: 30º... +60º Məhvetmə radiusu: 672.000 m² Hədəfi vurma dəqiqliyi 0.3% m Minimal atəş məsafəsi: 20 km Şassi: MAZ-543M Uzunluğu: 12.1 m Eni: 3.05 m Hündürlüyü: 3.05 m Təkər formulası: 8x8 Mühərrik: D12A-525A V12 dizel Maksimal sürət: 60 km/s Mənzili: 900 km Heyət üzvü: 4 nəfər BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. == Texniki quruluşu == Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.
Standart silah
Standart silah (İdman tapançası) — güllə atıcılığı dövrü, rəqabət tələblərinin qaydalarına uyğun halqa atəşi ilə 25 metr məsafədə atəş açmaq üçün nəzərdə tutulmuş bir tapança nəzərdə tutur. Əsas məhdudiyyətlər: nişan xəttinin uzunluğu, zəifliyin çəkilməsi və sapı üçün tələblər. == Nişan xəttinin görünüşü və uzunluğu == Yalnız açıq yerlərə icazə verilir. Nişan xəttinin uzunluğu 220 mm-dən artıq olmamalıdır. == Çəki == Rəqabət qaydalarına əsasən bir idman tapançası maksimum kütləsi 1400 qram olmalıdır. Ən az tənzimlənən kütlə yoxdur. Bununla belə, qeyd etmək lazımdır ki, bir idman tapançası halda, texniki olaraq 1000 qr az ola bilməz. Atışın güclü təsiri ilə əlaqədar tapança mövqeyinin sabitliyi müəyyən bir kütlə tələb edir. Üstünlük kütləsi ox kütləsinin fərdi xüsusiyyətlərinə uyğun olaraq dəyişilməsinə imkan verən modellər ilə təmin edilir. == Sapı == Əsas tələblərdən biri tapança sapını mil sümüyünə kimi uzatma halları olmamalıdır.